“Bu gün atam Oqtay Gülalıyevin həkimi Bülent Kahyaoğlu onu müayinə edib”.
Medicina.az xəbər verir ki, bunu komada olan hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.
T.Gülalıyev qeyd edib ki, atasının komadana ayılma ehtimalı böyükdür:
“Həkimin bildirdiyinə görə, atamın komadan ayılma ehtimalı çoxdur. Amma o, təəssüflə bildirib ki, “baş nahiyyəsinə zərbə ağır olduğuna görə və az da olsa "ödəm" qaldığından zamana ehtiyacımız var””.
Oğlu atasının sonuncu çəkilən şəklinə diqqət çəkərək, “Şəkildən göründüyü kimi, atam sağ gözünü az da olsa açmaq istəyib”, - deyə bildirib.