12 yaşlı qız bazarda alverçi kişiyə satılıb. Valideynləri bu addımı digər övladı – 17 yaşlı oğlunu müalicə və əməliyyat etmək üçün atıblar.
Medicina.az xəbər verir ki, hadisə Hindistanda baş verib. 12 yaşlı qız 46 yaşlı kişiyə 10 min rupiyə satılıb. Kişi qızı evlənmək məqsədilə alıb. Əvvəllər o evli olub.
Kişinin qonşuları evdən qışqırıq və uşaq ağlaması səsləri eşidib, polisə xəbər veriblər. Polis hadisəni araşdırıb.
Qız evlərinə qaytarılıb, ata və uşağı alan kişi istintaqa cəlb edilib.