ABŞ-ın sabiq prezidenti ata Corc Buş xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, aşağı qan təzyiqi və zəifliyi səbəbindən vəziyyəti pisləşib.
Həkimlər ata Buşa bir neçə gün nəzarət edəcəklərini bildiriblər.
Qeyd edək ki, bundan əvvəl, aprelin sonlarında sabiq prezident qanına infeksiya düşməsi ilə xəstəxanaya yerləşdirilib.