Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ata boşanan qızını digər kürəkəninə ərə verdi - Azərbaycanda dəhşət

  • 2022.09.15 17:10
  • 5435 Baxış
Ata boşanan qızını digər kürəkəninə ərə verdi  - Azərbaycanda dəhşət

Yardımlıda şok hadisə baş verib.


Bakupost.az bildirir ki, bununla bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib:

“Yardımlı rayonundan qadın ayaqyalın Bakıya gəlib. Demək, qadın 3 il evli olub, sonra ayrlıb və atasının evinə gəlib. Ata qızını bir müddət saxladıqdan sonra digər qızının evli olduğu şəxsə ərə vermək istəyib.


Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Alvana kənd məktəbinin direktoru vəzifəsində çalışır. Ata qızına bildirib ki, bacın (məktəb direktoru ilə) evlidir ona yaxşı baxır sənə də yaxşı baxacaq, imkanı yaxşıdır, sən də onunla evlənməlisən.

Məktəb direktoru qıza məcburi kəbin kesdirib, qızın boynundakı kəlağayı ilə onu boğaraq evə gəlməsini "Səninlə kəbin üçün 40 manat vermişəm mən", deyərək evinə aparmaq istəyib.


Bundan əlavə, Yardımlı rayon polisinin şöbəsinin əməktaşı, ataya və qızın qardaşına qızın sığınacaqda olduğunu və qızı orda tapa biləcəkləri barədə məlumatlar verib. Hazırda qadının atası, qardaşı qadının evə qayıtması üçün təzyiqlər edirlər”.