Amerikalı tədqiqatçılar valideynlərin depressiyada olmasının uşaqların inkişafına neqativ təsir etdiyini sübut edib.
“Medicina” xəbər verir ki, ata-ananın depressiv və sönük halı uşağın fiziki və psixi sağlamlığına təsir edir, inkişafına mane olur.
Psixi pozuntusu olan valideynlərin uşaqlarında da müxtəlif növ pozulmalar olur.
Əvvəl hesab olunurdu ki, daha çox ananın psixi durumu rol oynayır, amma indi ataların da körpə duyğularına təsiri görülür.
Hətta atanın depressiv olması daha təhlükəlidir.
Ataları depressiv olan uşaqlarda gələcəkdə psixoemosional pozulmalar 70% artır.
Bu cəmiyyət üçün ciddi problemdir, çünki çox valideynlər tam psixi stabil deyil.
Beləliklə, əgər anada depressiya varsa, uşaqda psixi travma 11%, atada varsa, 20% artır.
Əgər hər iki valideyndədirsə, risk 25%-ə yüksəlir.
Bu məqamı uşaqlarla terapiyalarda nəzərə almaq lazımdır.
Aygün M