Yakutiyada at yarışı zamanı ürəyi dayanan kişini həkim xilas edib.
“Medicina” xəbər verir ki, Sırdax kəndində keçirilən at yarışı zamanı 60 yaşlı tamaşaçı huşunu itirib və ürəyi dayanıb.
Ust-Aldan Mərkəzi Regional Xəstəxanasının baş həkimi Sergey Çerkaşin tamaşaçılar arasında olub və kişini xilas edib.
Həkim cansız xəstənin yanına gedib və reanimasiya tədbirlərinə başlayıb. Kişi beş dəqiqədən sonra özünə gəlib. O, dərhal mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Məlum olub ki, o, qan dövranı sistemi xəstəliyinə görə dispanser qeydiyyatındadır. Hazırda xəstənin səhhəti stabildir və xəstəxanadan evə qayıdıb.
Bu, Sergey Çerkaşinin insan həyatını xilas etməsi ilk dəfə deyil. Doqquz il əvvəl o, Tiksi kəndində İl-18 təyyarəsinin qəzaya uğraması nəticəsində zərərçəkənlərə ilkin tibbi yardım göstərib.
Aygün Musayeva