Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aşura günü qan verən 169 nəfərdə bu viruslar aşkarlandı

  • 2019.09.18 09:29
  • 4763 Baxış
Aşura günü qan verən 169 nəfərdə bu viruslar aşkarlandı

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə Aşura günü könüllü qanverən 5 min 809 nəfərin 169-dan virus aşkarlanıb.



Medicina.az apa-ya istinadən xəbər verir ki, aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614,1 litr qan tədarük olunub.



4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı cəmi 169 nəfərdə virus aşkar olunub. HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə Sifilis aşkar olunub.





Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.