Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aşura günü kimlər qan verə bilməz? - SİYAHI

  • 2017.09.30 15:50
  • 17023 Baxış
Aşura günü kimlər qan verə bilməz? -  SİYAHI
Bu adamlar sabah qanvermədən uzaq dursun!


Sabah Məhərrəm ayının 10-cu günü Aşura mərasimi ilə əlaqədar Azərbaycanda qanvermə aksiyaları keçiriləcək. Məscidlərin nəzdində baş tutacaq aksiyada hər il minlərlə insan könüllü qan verir.

 

Həkimlər qanverən insanı yerindəcə müəyyən qədər yoxlasa da təbii ki, qısa müddətdə həmin insanın qanverməyə yararlı olub-olmaması məlum olmur.

 

Medicina.az saytı kimlərin tibbi baxımdan qanverməyə uyğun olmadığını araşdırıb. Xəstəliklərin və qadağaların siyahısı kifayət qədər uzundur. Amma yaxşı olar ki, insanlar sağlam qanın vacib olduğunu da unutmayıb, savabdır deyə yararsız qan verməkdən çəkinsinlər. 


Qan vermək üçün yaşı 18-dən yuxarı sağlam insan uyğundur.

Qan verən insanın çəkisi 50-52 kq-dan aşağı olmamalıdır. 

Qan verən gün insanın bədən hərarəti 37 dərəcədən yuxarı, 35 dərəcədən aşağı olmamalıdır. 


Bu xəstəliyi olan insanlar qan verməkdən uzaq dursunlar:


Hepatit virus istənilən növünün daşıyıcıları

Tuberkulyozun istənilən formasını keçirmiş şəxslər

QİÇS xəstəliyi və daşıyıcısı olanlar

Parazitar xəstəliyi olanlar: toksoplazmoz, exinokokkoz

Qan xəstəliyi olanlar

Xoşxassəli və bədxasəli törəmə şişi olanlar

Kar və kor şəxslər

Psixi xəstəliyi olanlar

Alkoqolizm və narkomanlar

Ürəyin işemik xəstəliyi olanlar

Ateroskleroz xəstələri

Bronxial astması olanlar

Mədə və 12 barmaq bağırsağın kəskin xorası olanlar

Qaraciyər sirrozu olanlar

Böyrəklərində daş olanlar

Burun boğazında irinli iltihabı olanlar

Psoriaz, ekzema, qurdeşənəyi, dermatoz, mikoz, furunkulyoz kimi iltihabi dəri xəstəlikləri olanlar

Xroniki osteomielit xəstələri

Yaxın 1 ildə daxili orqanlarda əməliyyat etdirənlər


Bu əlamətlərdən biri olan şəxs qan götürülən zaman həkimi məlumatlandırmazsa, bu böyük səhv və günah hesab olunur.