"AstraZeneca” kifayət qədər yüksək keyfiyyətli vaksindir”.
Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, peyvənd İngiltərənin Oxford universitetinin əməkdaşları və Biritaniya-İsveçin "AstraZenit” şirkəti tərəfindən istehsal olunub:
"Peyvənd virusların genetik modifkasiya olunmuş formasının üzərində yaradılmış vektorlu vaksindir. Britaniyada 20 milyona yaxın insana bu vaksindən vurulub. Vaksinlərlə bağlı yayılan məlumatlar şaiyədir”.
Adil Qeybulla qeyd edib ki, bu vaksinlər 60 yaşdan yuxarı şəxslərə vurulacaq.