Şam ağacı qozası əksər insanların uşaqlıq oyuncağı olub.
Medicina.az xəbər verir ki, mütəxəssislər isə çoxlarının oynayıb atdığı bu qozaların astma, bronxit, soyuqdəymə, oynaq xəstəliklərinə faydalı olduğunu bildiriblər. Şam qozası fitonsid maddələrlə olduqca zəngindir. Bu maddələr orqanizmə iltihab və mikrobəleyhinə təsir edir, immun sistemini gücləndirir. Bundan əlavə şam ağacının qozalarında çox nadir və qiymətli "tanin" maddələri var ki, onlar insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir.
Bu qozadan çay və mürəbbə hazırlanır.
Mürəbbəsi dərman qədər təsirli olduğundan gün ərzində sadəcə 1-2 qaşıq çaya, suya əlavə edib içmək olar.