Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Astmalı xəstələrin 50 faizi dərmanlardan düzgün istifadə etmir” - Terapevt Tural Qəmbərov

  • 2019.05.01 13:23
  • 10479 Baxış
“Astmalı xəstələrin 50 faizi dərmanlardan düzgün istifadə etmir” -  Terapevt Tural Qəmbərov
"Bronxial astma tənəffüs yollarının xroniki və təkrarlanan xəstəliyidir. Son illərdə bu xəstəliyinin artması müşahidə olunur”
Bu sözləri Medicina.az saytına açıqlamasında həkim-terapevt Tural Qəmbərov deyib.

 

 Onun sözlərinə görə, ev tozları, gənələr, ev heyvanları, tarakan və göbələklərin olması astmanın inkişaf etməsində risk faktorlarındandır: "Ailədə allergik halların, bronxial astmanın olması, eqzema, həmçinin, qida əlavələri, siqaret çəkmə, sənaye tullantıları, immunoloji reaktivliyin aşağı düşməsi, əlverişsiz iqlim şərtləri və başqa amillər bu xəstəliyin yaranmasına təsir edir. Əgər valideynlərdə, yaxud qan qohumluğu olan kimdəsə astma və ya digər allergik əlamətlər varsa, uşaqlarda da olma ehtimalı yüksəkdir. Ona görə uşaqlara valideynləri tərəfindən nəzarət olunmalıdır. Əgər uşaqda allergik əlamətlər görülərsə, pediatr allerqoloqa muraciət etməlidirlər. Çünki mualicəsiz və nəzarətsiz qalan kiçik allergik əlamətlər gələcəkdə bronxial astmaya çevrilə bilər”.

 

 

 

Həkimin sözlərinə görə, bronxial astmada dərmanlar daha çox xəstələrə aerzol və inhalyasiya şəklində verilir: "Bu zaman dərman birbaşa xəstə orqana, yəni bronxa getdiyinə görə dərmanların dozası tabletkalardan həm kiçik olur, həm də əlavə təsirləri çox az olur. Lakin hər 2-3 xəstədən birində dərmanların təsirsiz olduğu müşahidə olunur. Araşdırmalardan məlum olub ki, aerzollardan istifadə edən xəstələrin çox hissəsi həmin dərmanlardan düzgün istifadə etmir. Nəticədə təyin edilmiş dərman ya bronxa çatmır, ya da çox hissəsi ağız boşluğunda qalır. Astmalı xəstələr və digər aerzol təyin edilmiş xəstələr yaxşı olardı ki, bu dərmanları ilk dəfə həkimlərinin yanında qəbul etsinlər və düzgün olub-olmadığını həkimi görsün”.

 

Ayna Məmmədova
“Astmalı xəstələrin 50 faizi dərmanlardan düzgün istifadə etmir” -  Terapevt Tural Qəmbərov