Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Astma xəstəliyinin təbii dərmanları – MÜALİCƏ ÜSULLARI

  • 2019.05.01 11:08
  • 28761 Baxış
Astma xəstəliyinin təbii dərmanları –  MÜALİCƏ ÜSULLARI

Bronxial astma ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Hər gün istifadə edə biləcəyiniz limon suyu ilə bu xəstəliklə mübarizə apara bilərsiniz. Bu təbii müalicə üsulu olduqca təsiridir.

 

 
Medicina.az xəbər verir ki, limon dünyada ən çox istifadə olunan meyvələrdəndir. 100 illərdir bir çox xəstəliyin dərmanı kimi istifadə olunur. Araşıdrmalara görə, C vitmini ilə zəngin olduğu üçün immun sistemini gücləndirir. Bu baxımdan astma xəstələrinə də kömək olur. Limon suyu ağciyərin güclənməsinə kömək edir. Rahat nəfəs alıb-verməyə imkan yaradır. Güclü antoksidləşdirici təsirə malikdir. Limon suyu ciyərlərə daxil olan bütün zərərli maddələrə qarşı mübarizə aparır. Ona görə də astma tutmalarına müsbət təsir edir. İstifadə qaydası Yarım çay qaşığı təzə sıxılmış limon suyunu bir stəkan suda qarışdırın. Hər yeməkdən əvvəl qəbul edin. Bu orqanizmə yaxşı təsir edir. Bu dozanı yatmazdan əvvəl və yuxudan oyanan kimi için. Zəncəfil də asta tipli xəstəliklərə yaxşı təsir edir. Tıxanan nəfəs yollarının açılmasına yardımçı olur. Cəfəri toxumları və yarpaqlarının qaynadılması da bu xəstəliyə təsirli bitkidir. Nar, yerkökü ve soğan  da astmaya yaxşı təsir edir. Astma xəstələrinin şəfalı bitkilərlə hazırlanan reseptlər isə belədir:
*Səhər yeməyində bir stəkan qaynadılmış nanə suyu  

 

*Yaxşıca yuyulmuş kahı, istəsəniz duz da əlavə edə bilərsiniz. Kahı kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var.

  

 

*Bir stəkan təzə yerkökü suyu içinə bir çay qaşığı bal qatılaraq gündə üç dəfə  qəbul edin. Çalışın, hər dəfəsində təzə hazırlanmış olsun.

  

 

*Bir şorba qaşığı üzərlik toxumunu döyüb toz halına salın daha sonra bir çay qaşığı bal əlavə edib məcun halında olana kimi qarışdırın. Gündə müəyyən fasilələrlər 3 çay qaşığı yeyin.

 

*Bir fincan qaynar suyun içinə bir çay qaşığı dazı otu  qatıb dəmləyin. Daha sonra səhər-səhər ac qarnına için.


 Ayna Məmmədova