Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Astma xəstələri şərfsiz gəzməməlidir – Həyatınızı xilas edə bilər

  • 2018.03.23 15:10
  • 21156 Baxış
Astma xəstələri şərfsiz gəzməməlidir –  Həyatınızı xilas edə bilər
Şərf astma xəstəliyindən əziyyət çəkən insanları tutmalardan qoruyur. 


Medicina.az xəbər verir ki, bu, İngiltərədə astma xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar zamanı məlum olub. Araşdırmaçılar xüsusilə qış aylarında ağız, burun nahiyələrin şərflə örtülməsinin vacibliyini qeyd ediblər. Çünki soyuq və nəmli havanın daxilə çəkilməsi tənəffüs kanallarını daralda bilər və bu da krizə səbəb ola bilər. Uzunmüddətli soyuq hava isə öskürək, xırıltı, soyuqdəymə, nəfəs darlığı yarada bilər. 


Bu səbəbdən şərfin kifayət qədər insan həyatını xilas edəcəyi qeyd edilib. Həmçinin araşdırma mərkəzi "Şərf həyat qurtara bilər” adlı kampaniya başladıb.

 

Şəhanə Quliyeva