Astma boğulmaları zamanı nəinki xəstə özü dəhşətli anlar yaşayır, həmçinin ətrafı, doğmaları əzab keçirir və nə edəcəyini bilmir. Xəstənin ilk dəfə güclü astma tutması olubsa və ya dərmanı, inqalyatoru yanında deyilsə, bu ölüm-dirim savaşında ilk yardım necə olmalıdır?
Medicina.az xəbər verir ki, yaxınınızda kimdəsə astma tutma –boğulmasının başladığını görəndə təbii ki, ilk öncə təcili yardımı çağırırsız.
•Daha sonra xəstənin yaxasını, düyməsini, kəmərini açır, bol hava axını təmin edirsiz. Qapalı məkandadırsa pəncərə qarşısına gətirilir və ya çölə çıxarılır.
•Çaydandan isti suyu hər hansı qaba töküb, ayaqlarını ora salırsız
•Xəstənin burnu qarşısına isti sudan çıxan buxar tüstü tutursuz
•Tez antihistamin bir dərman verilir: ketotifen, fenistil və ya suprastin
•Hələ də ağır nəfəs alırsa, onu əyləşdirir, gövdə hissəsini irəli əyir və ovuclarını döşəməyə toxundurmalısız. Bu poza panikanı azaldıb, tənəffüsü yüngülləşdirəcək.
•Kofein tərkibli istənilən içkini içə bilər, hətta energetik içki də. Tünd qəhvə yerinə düşər
Həftə içində 2 ya 4 dəfə bu hal mende olur vəziyət ağır olur belğem çoxalır
Tez tez boguluram.Daha mene Salbuday falan dermanlarida komeylik etmir.Tecili yardim cagirmagdan yorulmusam artiq cavan oglanam.
2 az yaşlı övladım var her ikisində boğulma olur yungul öskürəkdən boğulma inağa tenginefesliye çevirir hər dəfə. Bunun müalicəsi varmı yoxsa sadecə veziyyeti yüngülləşdirmək mümkündü hemişe bu hal qalacaq uygun dermanları sakitleşdiriləcək
Allah şəfa versin
Asma xəstəliyi nədən yaranır və nə vaxt bitir
Boğulmam var hansı testlərdən kekməliyəm xahiş edirəm deyərdiz qeyd edərdim