Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Astarada 9 aylıq hamilə qadın öldü

  • 2022.06.27 15:23
  • 1622 Baxış
Astarada 9 aylıq hamilə qadın öldü

Astarada 9 aylıq hamilə olan qadın ölüb.


Bakupost.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Giləkəran kəndində baş verib.

1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib. İlkin məlumata görə, qadın yaşadığı evdə qəflətən ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.