Xəbər verdiyimiz kimi, İrandan gələn Azərbaycan vətəndaşları Astara xəstəxanasında gözlədilib. Vətəndaşlardan biri bu haqda, sosial şəbəkədə məlumat və video paylaşıb.
Medicina.az xəbər verir ki, xəstəxanadan növbəti videogörüntü yayılıb. Videodan da göründüyü kimi, gömrüyü keçən vətəndaşların hələ də karantin üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına göndərilmədiyi və Astara xəstəxanasında saxlanıldığı məlum olub.Bundan əlavə, xəstəxanada özbaşınalıq davam edir.
Belə ki, İrandan gələn həmin şəxslərə xəstəxanada dörd ədədi 2 manata bulka satılır. Görüntülərdə qadın xəstəxanaya pul xırdalamaq üçün gəldiyini bildirib. Onun ağzında hətta tibbi maska olması diqqəti çəkib.
Həmin videonu təqdim edirik:
Afaq Rza