Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Asta gəzənlər tez qocalıb öləcək – ALİMLƏR

  • 2019.10.16 17:16
  • 5193 Baxış
Asta gəzənlər tez qocalıb öləcək –  ALİMLƏR
Asta, yavaş gəzən, aramla addımlayan insanlar sürətlə gəzənlərdən daha tez qocalıb, əqli problemlərlə üz-üzə qalır.


Medicina.az xəbər verir ki, Duke Universitetinin alimləri təsdiq edib.


10 ildir davam edən elmi araşdırmalarında onlar eyni ildə doğulmuş 904 nəfər Daniya vətəndaşını 3 yaşından 45 yaşına kimi müşahidə ediblər. Onlar ildə qan analizləri, müayinə və MRT-dən keçiriblər.


Məlum olub ki, bu insanlardan asta və yavaş gəzənlərin beynində boz və ağ maddənin az olması üzə çıxıb. Bu adamılarda beyin toxumasının və beyin damarlarının xırda zədələnmələri də digərlərindən daha çox idi.


Ağciyər, dişlər, immun sisteminin də vəziyyəti tez gəzənlərdən zəif idi. 


Eləcə də fotoşəkillə yaşın qiymətləndirilməsi analizində münsiflər asta gəzənlərə yaşlarından daha çox yaş verib.

 

Bir çox parametrlərdə asta gəzənlər sürətlə gəzənlərdən geri qalıb.


45 yaşında və ondan sonra asta gəzənlərin İQ, nitq, motor hərəkətləri, emosiyaları, psixiloji durumu onların sürətlə qocaldığı məlum olub. Onlarda beyin zədələndiyində əqli zəiflik, Alsgeymer, demensiya riski yüksəkdir.