Asqırmanın əsas məqsədi burun mukozasından yad hissəcikləri və ya qıcıqlandırıcıları çıxarmaqdır.
“Medicina” xəbər verir ki, asqırmağın elmi termini sternutasiyadır. Bu ağciyərlərdən ağız və burun vasitəsilə havanın qeyri-iradi, konvulsiv xaric edilməsidir.
Asqırmaq hansı hallarda nə üçün baş verir?
1. Parlaq işıqdan asqırma. Alimlər bu reaksiyanı “İşıq asqırma refleksi” adlandırırlar və bu, dünya əhalisinin 18-35%-də baş verir. Belə bir asqırma üçün əsas stimul retinaya çatan günəş işığının miqdarının kəskin artmasıdır. Bu cür asqırma zərər vermir. 2010-cu ildə isveçrəli elm adamları tərəfindən aparılan bir araşdırma, işığa bu şəkildə reaksiya verən insanları, sadəcə olaraq hamıdan daha əsəbi və impulsiv olduqları qənaətinə gəlib.
2. Asqırmaq cinsi əlaqə istəyini bildirir. Cinsi əlaqədən dərhal sonra asqırmaq kifayət qədər tez-tez rast gəlmək olar. Səbəb cinsi oyanmanın orqanizmi həddindən artıq həssaslıq vəziyyətinə gətirməsidir.
3. İnanılmaz güclə, möhkəm asqırmaq bəzi insanlar üçün normaldır.Belə asqırmağın sürəti saatda cəmi 16 km hesablanıb. Bu qənaətə Sinqapur alımlıri gəliblər.
4. Yuxuda asqırmaq mümkün deyil. Çünki, bədəniniz üfüqi vəziyyətdə olduqda, burnunuzun selikli qişası bir qədər şişir, bu da sizi ətrafda uçan toz hissəciklərinə qarşı daha həssas edir, yuxu zamanı praktiki olaraq iflic olur.
5. Gözləriniz açıq asqıra bilməzsiniz. Asqırdığınız zaman gözləriniz refleksiv olaraq bağlanır, çünki göz qapaqlarını hərəkət etdirən sinirlər burun sinirlərinə bağlıdır və hər asqırdığınız zaman qıcıqlanır.
6. Asqırmaq ürək döyüntüsünü ləngidir. Dərin nəfəs almaq ağciyərlərdə təzyiqi artırır, bu da ürəyə qan axını stimullaşdırır, təzyiqi aşağı salır və dəqiqədə döyüntülərin sayını artırır. Kəskin nəfəs aldığınız zaman təzyiq tez normala qayıdır və dəqiqədə döyüntülərin sayı azalır.
7. Asqırarkən ağzınızı örtmək şərtdir. Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları belə nəticəyə gəliblər ki, asqırdıqdan sonra bakteriya və mikroorqanizmlərdən ibarət tüpürcək əvvəllər uzun müddət havada qalır.
Günay Quluzadə