Amerikalı həkimlər aspirinin şiş xəstəliklərində müsbət təsirini araşdırıb və yeni maraqlı iddia irəli sürüb.
Medicina.az xəbər verir ki, Journal of the American Medical Association da elmi araşdırmanın nəticələri çap olunub.
Təcrübədə 65 yaşdan yuxarı, prostat, ağciyər, bağırsaq və qaraciyər xərçəngi olan insanlara 4 həftə boyunca həftədə 3 dəfə olmaqla aspirin verilib.
Eksperimentin sonunda məlum olub ki, aspirinin qəbulu ağır xərçəng xəstələrində ölüm faizi 15% azalıb.
Ən yaxşı effekt isə kolorektal və mədə-bağırsaq xərçəngində qeydə alınıb.
Bu xəstələrin 25%-i aspirin qəbul etdikdən sonra erkən ölümdən yan qaça bilib.
ABŞ Onkologiya İnstitutunun alimləri son 12 ili və 150 min insanı əhatə edən məlumatları analiz ediblər.
Gələcəkdə aspirinin xərçəngin profilaktikasında tətbiqi barədə düşünmək olar.