Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aspirin virus infeksiyalarında effektivdir – Rusiyalı həkimlər

  • 2020.03.31 20:20
  • 2388 Baxış
Aspirin virus infeksiyalarında effektivdir  – Rusiyalı həkimlər

Koronavirusun profilaktika və müalicəsində hər ölkə müəyyən dərmanları və sxemləri təklif edir. Koronavirusun konkret müalicəsi və dərmanı olmadığı üçün hazırda başqa virus infeksiyalarında tətbiq olunan dərmanlar seçilir.

Medicina.az xəbər verir ki, bir çox mənbələrdə koronavirusda istifadə olunması məsləhət görülməyən dərmanlardan biri də aspirindir. Lakin rusiyalı həkimlər bu köhnə, sevimli dərmanı koronavirusdan uzaq saxlamağın səhv olduğunu bildirir, əksinə aspirinin parasetamoldan da yaxşı təsir etdiyini qeyd edirlər.
Aspirin sistem iltihabını götürür, qanı durulaşdırır ki, bu da virusla mübarizə və ağciyərlərin qanla təchizatında çox vacibdir.


Koronavirus xəstələrinin müalicəsində istər xəstəxana, istər də evdə aspirin vacibdir. Aspirinin sutkada 1 dəfə, tox mədəyə bol su ilə qəbul etmək lazımdır. 1 həftəlik qəbuldan sonra fasilə.
Acqarına, yemədən aspirin qəbulu qəti yol verilmir.