Koronavirus səbəbindən bu gün əhalinin çox hissəsi qandurulducu preparatlara keçib. Yaşlı insanlar tromba qarşı hər gün bu preparatlardan qəbul edir. İndi də gilas mövsümüdür.
Medicina.az xəbər verir ki, türk kardioloq uzman Nuri Kurtoğlu bu xəstələri xəbərdar edib.
O, aspirin tərkibli preparat qəbul edənlərin gilas yeməsinin təhlükəli olduğunu bildirib. Çünki gilas da qanı duruldur və bu qanaxmaya səbəb ola bilər.
“Gilas, vişnə, qırmızı meyvələr, limon, portağal, narıngi, ananas qanı durulducu, sulandırıcı xassəyə malikdir.
Bunlar mədə, qida borusu, sidik yolu, bağırsaq qanamasına səbəb ola bilər. Ona görə qanı duru olanlar və aspirin, kardiomaqnil qəbul edənlər bu meyvələrdən uzaq olsunlar və ya çox az, sadəcə dadına baxmaq dərəcədə yesinlər. Eləcə də aspirin qəbul olunan gün gilas yeməsinlər”