Müəyyən dozada aspirin qəbulu yaxınının itirmiş bir adamın stress və kədərdən infarkt olma riskini azaldır.
Arizona Universitetinin alimləri tədqiqatlarını Psixoterapiya jurnalında dərc ediblər.
Qeyd olunur ki, doğmasını itirmiş bir adamda ilk 2 sutka ərzində ürək tutmasının baş vermə faizi 20 dəfə artır çünki stresdən arterial təzyiq artır, ürəyin infarkt olmasına səbəb olacaq faktorlar qabarır. Ona görə ilk sutkalarda aspirin qəbulu bu faktorlara müsbət təsir edə bilir.
Tədqiqatda yaxın bir ayda həyat yoldaşını itirmiş 22 nəfər iştirak etmişdir. Onların ürəyi, qan-damar sistemi və psixoloji vəziyyəti yoxlanılaraq dəyərləndirilib. Insanlar 2 qrupa ayrılıb. Bir qrup 10 gün ərzində 90 mq standart aspirin dozası qəbul edin, digər qrup isə placebo qəbul edib.
10 gündən sonrarı müayinədə aspirin qrupunun təzyiq göstəriciləri daha normal idi, nəinki placebo qəbul edənlər. həmçinin 7 nəfər aspirin qəbul edən insanda stress və depressiya dərəcəsi də xeyli azalmışdı. Aspirin həqiqətən də bu adamlara bərpa olmaqda kömək etmişdi.
Mütəxəssislər Aspirinin dərdli adamlara təsirini daha dərindən öyrənmək üçün böyük araşdırmalar aparmağın lazım olduğunu bildirir.