Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aspirin infarktdan qoruyur? - Həkimdən cavab - VİDEO

  • 2025.04.17 15:33
  • 409 Baxış
Aspirin infarktdan qoruyur? -  Həkimdən cavab - VİDEO

Ürək xəstəlikləri bütün dünyada ən çox görülən ölüm səbəblərindən biridir.
Son günlər sadə ağrıkəsici kimi tanınan aspirinin ürək sağlamlığına təsiri tez-tez gündəmə gətirilir.

Bəs, aspirin infarktdan qoruyurmu?

Medicina.az xəbər verir ki, türkiyəli kardioloq dr. Ercan Türk aspirinin ürək xəstəliyi keçirmiş şəxslər üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.



Doktor Ercan lakin bunun hər fərd üçün uyğun olmadığını bildirib.

"Aspirin xüsusilə infarkt və ya insult keçirmiş şəxslərdə laxtalanmanın qarşısını alaraq ikinci infarkt riskini azalda biləe. Aspirin qanın laxtalanmasını təmin edən hüceyrələrə təsir edərək damarlarda yarana biləcək təhlükəli laxtalanmaların qarşısını alır. Bu xüsusiyyəti sayəsində infarktdan sonra xəstələrdə həyati rol oynaya bilər. Ancaq bu, yalnız ürək-damar xəstəlikləri olan insanlara aiddir.

Bu dərmanın qəbulu zamanı mədə qanaması kimi ciddi yan təsirlər meydana gələ bilər. Bu səbəbdən aspirin istifadəsi mütləq həkim nəzarətində olmalıdır".

Türk, sağlam həyat vərdişlərinin ürək üçün önəmli olduğunu vurğulayıb. O, balanslaşdırılmış qidalanma, idman, siqaretdən uzaqlaşma və stresslə mübarizə kimi amillərin ürək xəstəliklərinin qarşısının alınmasında ən təsirli üsullardan olduğunu deyib.



Aygün
Medicina.az