Alimlər Altsheymer xəstəliyi ilə bağlı araşdırmalar aparıblar.
Medicina.az xəbər verir ki, bu xəstəliyin sürətini azaltmaq aspirin dərmanı ilə mümkündür. Bu barədə amerikalı alimlər məlumatlar veriblər.
Məlum olub ki, müntəzəm olaraq bu dərmanı qəbul etmək orqanizmdə hüceyrə strukturunu bərpa edən mexanizmi işə salır. Bu mexanizm isə beyindəki pis hüceyrələri orqanizmdən uzaqlaşdırır.