Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aşırı susuzluğun fiziki və psixi səbəbləri – Təkcə şəkər deyil

  • 2024.02.08 17:40
  • 2182 Baxış
Aşırı susuzluğun fiziki və psixi səbəbləri  – Təkcə şəkər deyil
Ağızda quruluq, susuzluq hissi təkcə diabetdə olmur.


“Medicina” xəbər verir ki, endokrinoloq Kamilə Tabeyeva susuzluğun psixi və fizioloji patologiyalardan qaynaqlandığını açıqlayıb:


“Bu əlamət şəkərsiz diabetdən də ola bilər. Bu xəstəlik hipotalamus və hipofizin işinin pozulması nəticəsində yaranır.

Bu zaman insulin yox, vazopressin adlı hormonun sintezi pozulur. 90% hallarda xəstəlik baş beyindən qaynaqlanır, beynin və ya vəzlərin şişi və s.

Vazopressin çatışmazlığından insan güclü susuzluq hiss edir və çoxlu maye içir, nəticədə konsentrə olunmamış sidik ifrazı artır.

Güclü susuzluğun altında yatan digər səbəblər:

- Qanazlığı, qan itkisi
- İshal, maye itkisi
- I və II diabet
- Böyrək çatışmazlığı

- Orqanizmin intoksikasiyası
- Beyin travmaları
- Yanıqla
- Psixi problemlər, nevroz

Ona görə xəstə tam yoxlanmalı, nevroloq və psixiatr baxışı olmalıdır. Susuzluq siqnaldır, iqnor etmək olmaz”.


Aygün Musayeva