Siz şokoladın “alüdəçisi” olduğunuzu deyəndə, tamamilə haqlısınız – hətta elmi baxımdan bu, realdır.
“Medicina” xəbər verir ki, Miçiqan Universitetinin tədqiqatçıları 518 nəfərlə müsahibə aparıb və onlardan 35 fərqli qidanı Qida Asılılığı Şkalasına (YFAS) görə, 1-dən 7-yə qədər qiymət vermələrini istəyiblər.
Bu məlumatlara əsaslanaraq, asılılıq yaradan qidaların siyahısı tərtib edilib.
“Təhlükəli asılılıq yaradanlar” siyahısına 35 qida növündən 18-i daxil edilib.
• Pissa
• Şokolad
• Çipsi
• Peçenye
• Dondurma
• Kartof fri
• Çizburqer
• Limonad
• Tort
• Pendir
• Bekon
• Qızarmış toyuq
• Sadə bulka
• Popkorn
• Quru səhər yeməkləri
• Marmelad
• Steyk
• Kekslər
Günay Quluzadə