Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aseton, sirkə, balıq, xarab ət... - Bu qoxular hansı xəstəliklərə işarədir?

  • 2019.09.16 09:36
  • 5915 Baxış
Aseton, sirkə, balıq, xarab ət... -  Bu qoxular hansı xəstəliklərə işarədir?

Bəzi xəstəliklər zamanı insanın bədən qoxusu dəyişilir, insandan qəribə iy gələ bilər. Bu orqanizmdə gedən patoloji proseslərin nəticəsidir.





- Aseton iyi



İnsanın tərindən aseton iyi gəlirsə bu əksər hallarda şəkərli diabetə işarə edir. Bu çox təhlükəli simptomdur. Kəskin aseton iyi diabetik komanın yaxınlaşmasına işarə edir.



Medicina.az bildirir ki, həmçinin aseton iyi həzm orqanları, böyrək və qaraciyər xəstəliklərinə işarə edə bilər.



- Pişik iyi



Bəzi pozulmalar zamanı insandan pişik sidiyinə oxşar iy gələ bilər. Bu əksər hallarda böyrək problemlərinin simptomudur.



- Sirkə iyi



Güclü tərləmə və tərdən sirkə iyinin gəlməsi nəfəsalma sisteminin xəstəliklərindən xəbər verə bilər. Qadınlarda belə iy süd vəzi xəstəliklərinə (məsələn, mastopatiyaya) işarə edə bilər.



- Balıq iyi



Bu iy maddələr mübadiləsi pozulmaları zamanı yarana bilər. Qadınlarda cinsiyyət orqanlardan balıq iyli ifrazatlarin gəlməsi cinsi yolu ilə keçən infeksiyalara işarə edir.



- Şirin meyvəli iy



Bu qanda şəkərin yüksək olmasının simptomu ola bilər. Həmçinin difteriya zamanı da insandan bu iy gələ bilər.



- Xarab ət iyi



Belə iy onkoloji xəstəliklər zamanı hiss oluna bilər.

(sağlamolun.az)