Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aşağı təzyiq təhlükəlidirmi? -Səbəblər, müalicəsi

  • 2021.04.30 15:39
  • 5331 Baxış
Aşağı təzyiq təhlükəlidirmi?   -Səbəblər, müalicəsi

Hipotoniya - Arterial təzyiqin normadan aşağı düşməsidir.



Medicina.az xəbər verir ki, hipotenziya üçün yaş həddi yoxdur: 15 yaşdan ahıl yaşa kimi hər kəsi yaxalaya bilər.

Hipotoniya çox maraqlı və sərhədləri olmayan növdür. Hər insanda fərdi olaraq özünü biruzə verir.

Səhiyyədə bu göstəricilər təzyiqin enməsi kimi qəbul olunur:

•Qadınlarda – 90/60

•Kişilərdə 100/65

•Yaşlı insanlarda - 110/70


Təcrübə göstərir ki, təzyiq düşməsi yeniyetmə və gənclərdə daha çox rast gəlinir, nəinki yaşlılarda.




Aşağı təzyiqin səbəbləri:

•Genetik meyillilik: ana xətti ilə keçir, adətən insanı çox narahat etmir, müalicə tələb olunmur.

•Qanın aşağı düşməsi – bədənin susuzlaşması

•Ürək-damar xəstəlikləri – ürək yığılmalarının sayını azaldır, qan az getdiyindən arterial təzyiq aşağı düşür

•Sinir əsəb sistemi pozulmaları

•Damar yığılmaları, spazmı


Təzyiqi aşağı salan xarici təsirlər:

-Qeyri düzgün, sağlam olmayan qidalanma

-Zərərli iş

-Stres, əsəb, gərginlik

-Orqanizmin intoksikasiyası

-Hamiləlik

-Oksigen aclığı

-İqlim dəyişikliyi

-İnfeksion xəstəliklər

-Orqanizmdə vitamin, mineral çatışmazlığı


Təzyiqin düşməsinin əlamətləri:

-Güclü baş ağrısı, miqren, baş gicəllənmə

-Gözlərdə qaralma, görmə azlığı

-Qulaqlarda küy, zəng

-Ətraflarda keyləşmə

-Bənizin ağarması

-Ürək bulanma

-Nəbzin yavaşıması

-Ürək və sinəyə ağırlıq


Əgər vaxtında təzyiq normal dərəcəyə qaldırılmasa bunlar baş verə bilər:

-Görmənin pozulması

-Yaddaş zəifləməsi

-Ürəyin işinə zərbə

-İnsult ehtimalı

-Kardiogen şok


Təzyiqi ən tez və asan qaldırmağın üsulları:

-Tünd, qara qəhvə

-Nöqtəli massaj – qulaq ucu, gicgah və üst dodağın üstündəki nöqtələr bir neçə dəqiqə masaj olunur

-Naşatır spirti qoxulamaq

-Duz – bir tikə çörəyə bol duz səpib yemək, üstündən bir stəkan su içmək.


Aşağı təzyiqin müalicəsi:

-Dərman terapiyası - kardioloq və ya nevroloq həkim təyin edir.

-Xalq təbabəti

-Qidalanma

-Fizioterapiya, idman


Aşağı təzyiq üçün ən populyar dərmanlar: Çitramon, Papazol, Mezatondur. Bitki cövhərlərindən jenşen, zəncəfil, bessmertnik, exinesiya.
Aşağı təzyiqi olanlar üçün qidalar:

-Ərik qurusu

-Kəsmik

-Qaraciyər

-Qırmızı ət

-Qarabaşaq

-Nar

-Dəmir, Maqniy, Kaliy, A, C, E, P vitaminləri.