Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aşağı qan təzyiqi nədən yaranır? - Nə zaman təhlükəlidir?

  • 2025.04.25 09:58
  • 302 Baxış
Aşağı qan təzyiqi nədən yaranır? -  Nə zaman təhlükəlidir?

Aşağı təzyiq çox vaxt nəzərə çarpmasa da, bəzi hallarda ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.

Medicina.az xəbər verir ki, aşağı qan təzyiqi və ya tibbdə deyildiyi kimi hipotenziya qan təzyiqinin normadan aşağı olması halıdır. Adətən heç bir əlamət göstərməyən bu vəziyyət bəzi insanlarda başgicəllənmə, bayılma, halsızlıq və bulanıq görmə kimi şikayətlərə səbəb ola bilər. Hipotansiyon sistolik qan təzyiqinin 90 mmHg-dən aşağı düşməsi kimi müəyyən edilir.

Aşağı qan təzyiqinə nə səbəb olur?

Bədəndə susuzluq, uzun müddət aclıq, həddindən artıq isti havalar, ani mövqe dəyişmələri, ürək xəstəlikləri, qalxanabənzər vəzi problemləri və bəzi dərmanlar qan təzyiqinin aşağı düşməsinə səbəb ola bilər. Bundan əlavə, qidalanma və B12 vitamini çatışmazlığı da qan təzyiqinin aşağı salar.

Nə vaxt təhlükəlidir?

Aşağı qan təzyiqi uzun müddət davam edərsə və huşunu itirmə, nəfəs darlığı, sinə ağrısı kimi əlamətlərlə müşayiət olunarsa, mütləq həkimə müraciət edilməlidir. Belə əlamətlər daha ciddi əsas xəstəliyin əlaməti ola bilər.

Hipotansiyonun səbəblərini düzgün başa düşmək və onun orqanizmə təsirini ciddiyə almaq mümkün risklərin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusilə daimi halsızlıq və başgicəllənmə yaşayan şəxslərə qan təzyiqinin mütəmadi olaraq ölçülməsi tövsiyə olunur..

Aygün
Medicina.az