Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aşağı qan təzyiqi nə vaxt təhlükəlidir?

  • 2023.05.08 15:47
  • 2455 Baxış
Aşağı qan təzyiqi nə vaxt təhlükəlidir?
Aşağı qan təzyiqi qəfildən meydana gələrsə, təhlükəli hesab edilir.

Adətən, həkimlər aşağı təzyiqi tələsmədən müalicə edirlər. Aşağı qan təzyiqi dəyərləri mütəmadi sabitdirsə, insan özünü pis hiss etmirsə, bu təhlükəli deyil.

“Medicina” xəbər verir ki, həkim – nevroloq Vladimir Yeroxinin sözlərinə görə, aşağı qan təzyiqi birdən meydana gələrsə, təhlükəli hesab edilir və dərhal mayinə olunmalıdır.

“Qan təzyiqinin bir anda aşağı rəqəmlərə düşməsi nəzarətsiz qanaxma, ağır infeksiyalar və ya həyati təhlükəsi olan allergik reaksiyalar nəticəsində baş verə bilər”.

Həkim bildirib ki, çox aşağı qan təzyiqi şok kimi tanınan bir vəziyyətə səbəb ola bilər.

Şokun simptomlarına aşağıdakılar daxildir:

• qarışıqlıq, xüsusilə yaşlılarda
• soyuq, nəm, tərli dəri
• solğunluq
• sürətli, dayaz nəfəs
• narahat ürək döyüntüsü.


Həddindən artıq aşağı təzyiqiniz varsa, təcili tibbi yardım çağırın. Hipotansiyon səbəbiylə zəiflik və ya tonusu aşağı olanlar mütəxəssis qəbuluna getməlidir.

Aygün Musayeva