Türkiyədə Ərzurumda qan donduran qətl hadisəsi baş verib.
Medicina.az xəbər verir ki, Palandöken rayonunda yaşayan 21 yaşlı Əli Osman Buzlak maşında 24 yaşlı həyat yoldaşı Hatice Ağcakale Buzlak ilə mübahisə edib.
Mübahisə böyüyərkən Əli Osman həyat yoldaşını boğaraq öldürüb.
Təşvişə düşən şübhəli arvadının cəsədini avtomobilin baqajında gizlədib.
Avtomobildəki kəsici alətlə özünə xəsarət yetirən Əli Osman maşını ilə hadisə yerindən qaçıb.
Gecə saatlarında polis tərəfindən avtomobildə yaralı halda tapılan Əli Osman xəstəxanaya aparılıb.
Avtomobilin baqajında olan qadının cəsədi Ədliyyə Tibb Təşkilatına aparılıb.
Əli Osman Buzlak müalicəsinin ardından polis qrupları tərəfindən nəzarətə alınıb.
Cütlük rəsmi nikahda olub və toya hazırlaşırlarmış.
Aygün
Medicina.az