Artroz autoimmun proses olsa da, bəzi xarici faktorlar onun yaranmasına səbəb olur.
"Medicina" xəbər verir ki, həkim travmatoloq Amancan Kencebayev son zamanlar artrozun cavanlaşmasının səbəblərini açıqlayıb.
Hazırda hər 10 nəfərdən 2-də artroz yaranır.
Əvvəl bu oynaq iltihabı yaşlı insanlara xas idisə, indi 25 yaşında da rast gəlinir
"Yaşlanmadan kənar oynaqların tez yeyilməsinin bir sıra obyektiv səbəbləri var. Bu daha çox gənclərin həyat tərzidir.
Artroz üçün əsas oynaqların zədəsi, travnası, normadan artıq yüklənməsi ola bilər.
Cavanlar daha çox oynaqlarına yük salır, yıxılır, idman zədəsi alr, bədənin soyumasına səbəb olur.
Eləcə də artıq çəki, az su içmək, spirtli içki trigger ola bilər.
Cavanlar yaşlanmağı gözləmədən dizlərini 2-3 ildən bir yoxlatmalıdır.
Artroz diz, bud, çiyin, əl oynaqlarında ola bilər.
Əgər ilkin mərhələdə müalicə başlansa, qarşısı alına bilər.
Xatırladım ki, artrozların tam müalicəsi yoxdur".
Aygün Musayeva