Artritin aradan qaldırılmasına zəmanət verə biləcək ciddi bir pəhriz yoxdur. Amma elə qidalar var ki, artrit əlamətlərini daha da pisləşdirir. Nəticədə ağrılar güclənməyə başlayır.
“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, pəhriz və əlavələr artriti yüngülləşdirə bilər. Yediklərinizin dəyişdirilməsi nəticəsində simptomlar yaxşılaşa və ya pisləşə bilər.
“İltihab əleyhinə qidalarla zəngin pəhriz artrit simptomlarını nəzarət altında saxlamağa imkan verir.
Britaniyalılar emal olunmuş qidaları çox sevirlər, kolbasalardan tutmuş şəkərli içkilərə qədər. Bu cür qidaların həddindən artıq qəbulu ürək – damar sağlamlığına təsir göstərməklə yanaşı, artritə də birbaşa təsir edir.
Digər tərəfdən, qeyri-sağlam pəhriz və ya emal olunmuş qidalar ağrını bir az da artırır. Diqqət edilməli olan təhlükəli qidalara emal olunmuş qidalar, ağ çörək, çips, qırmızı ət və şəkərli içkilər kimi karbohidratlar daxildir.
Həddindən artıq yağ da çəkimizi artırır, bu da oynaqlarımıza əlavə yük və stress yarada bilər.
Nornal çəki saxlamaq artrit simptomlarını idarə etmək üçün də vacibdir”.
Aygün Musayeva