Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Artrit xəstələləri bu qidaları yeməlidir

  • 2023.08.02 17:53
  • 1664 Baxış
Artrit xəstələləri bu qidaları yeməlidir
Fermentasiya edilmiş qidalar osteoartritin səbəb olduğu ağrıları aradan qaldıra bilər. Bura kimçidən tutmuş kələm turşusuna kimi qidalar daxildir.


“Medicina” xəbər verir ki, qidalanma mütəxəssisinin sözlərinə görə, bağırsaq mikrobiomunuzu artırmaq və immunitet sisteminizi gücləndirməklə yanaşı, qidalar artritin ağrılı simptomlarını aradan qaldırmağa kömək edə bilər.

Bağırsağın mikrobiomunu dost mikroblarla doldurmaq da ağrıları aradan qaldırmağa kömək edə bilər.

Həkimin bəyanatı 500-dən çox xəstənin tədqiqatlarına əsaslanır.


Ağrılı və sərt oynaqlarla xarakterizə olunan osteoartrit, artritin ən çox yayılmış növü hesab olunur.

Eksperimentdə iltihabi xəstəliyi olan iştirakçılar gündə iki porsiya laktobasillə gücləndirilmiş süd içiblər.

Bu pəhriz rejiminin altı ayından sonra subyektlər dizlərində ağrı və sərtliyin azaldığını bildirdilər.

Bundan əlavə, qan testləri artritin inkişafında əsas amil olan iltihab əlamətlərinin azaldığını göstərdi.

Fermentasiya edilmiş qidalara tədricən başlamaq lazımdır, getdikcə miqdarı artırarsız.

Aynur Məmmədova