A, C, B qrupu, PP vitaminlər, dəmir, mis, maqnezium minerallar, antosianlar, kumarinlər, bioflavonoidlər, orqanik turşularla zəngin olan albalı bir çox xəstəliklər zamanı effektlidir.
Bəs sözügedən faydalar hansılardır?
1. Albalı artrit və podaqradan əziyyət çəkənlər üçün çox faydalıdır.
2. Tərkibində C vitamini, maqnezium, antosian və kumarinlər olduğuna görə albalı ürək və damarları möhkəmləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, ürək tutması, infarkt və insultun riskini azaldır.
3. Albalının tərkibində olan antosian maddələri mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir və bu səbəbdən şəkərli diabetdən əziyyət çəkənlərə faydalıdır.
4. Araşdırmalar göstərib ki, albalı beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır və bu səbəbdən yaşlı insanlar üçün çox faydalıdır.
6. Albalı qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı kömək edir.