Gündəlik həyatınızda sizi narahat edən həddindən artıq tərləmə (hiperhidroz) problemi ilə qarşılaşırsınız? Əllər, ayaqlar, qoltuqaltı, üz nahiyəsində səbəbsiz və bəzən utandırıcı tərləmələr sizi psixoloji cəhətdən də narahat edir?
"Medicina" xəbər verir ki, bu zaman orqanizmin təbii tənzimləmə sistemini gücləndirən vasitələrə ehtiyac duyulur. Məhz bu zaman Calcoheel sizə yardım edə bilər.
Calcoheel nədir?
Calcoheel Almaniyanın "Heel" firmasına məxsus homeopatik preparatdır. Əsasən kalsium mübadiləsini və orqanizmin tənzimləmə proseslərini normallaşdırmaq üçün istifadə olunur. Lakin bəzi klinik hallarda vegetativ sinir sisteminin tənzimlənməsinə təsiri səbəbinə görə həddindən artıq tərləmə hallarında da istifadə edilir.
Calcoheel tərləməyə necə təsir edir?
Vegetativ sinir sistemini tənzimləyir – Stress, narahatlıq, hormonal pozğunluqlar nəticəsində yaranan tərləmə hallarının səbəbi çox vaxt sinir sisteminin həddindən artıq aktivliyidir. Calcoheel bu sistemə yumşaq təsir edərək tarazlıq yaradır.
Bədənin daxili tənzimlənməsini gücləndirir – Orqanizmin tərləməyə qarşı verdiyi reaksiya əslində daxili bir siqnaldır. Calcoheel bu mexanizmin normallaşmasına dəstək ola bilər.
Əlavə dərmanlara ehtiyacı azalda bilər – Kimyəvi tərkibli güclü dərmanlardan fərqli olaraq, Calcoheel bədəni yormur, asılılıq yaratmır.
Kimlər istifadə edə bilər?
Stressə bağlı tərləmə yaşayanlar
Əsəbilik və həyəcan zamanı tərləməsi artanlar
Səbəbsiz gecə tərləyən uşaqlar
Hormonal pozulmalar səbəbilə (xüsusilə. menopauza dövrü) tərləməsi olan qadınlar
Fiziki aktivlik zamanı normadan artıq tərləyənlər
medicina.az