Alimlər daha bir ilkə imza atdılar. Vaşinqtonda Nevroloqlar Cəmiyyətinin iclasında təqdim olunan elmi araşdırmada, insan yaddaşını daha da artırmaq üçün texnoloji vasitələr üçün nəzərdə tutulan yaddaş kartı təqdim olunub.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər tərəfindən hazırlanan beyin implantı vasitəsilə insan yaddaşının tutumu yaşından asılı olmayaraq artacaq.
"Daily Mail” nəşrində dərc edilən məqaləyə görə, daha əvvəl gəmiricilər üzərində aparılan tədqiqatların nəticəsləri göstərir ki, sınaqdan keçirilmiş "protez yaddaş" onların yaddaşının yaxşılaşmasında və müxtəlif məsələlərin həllində onlara istiqamət verməkdə mühüm rol oynayıb. Alimlər düşünür ki, insan beyninin stimulyasiyasında da belə metodikanı istifadə etmək olar.
0 könüllü üzərində aparılan tədqiqatlarda beyinin müxtəlif nahiyələrinə implantlar vasitəsilə xüsusi mikroelementlər ötürülüb. Müşahidələr göstərib ki, əvvəlkinə nisbətən yaddaş göstəriciləri 30%-ə qədər artıb.
Səhiyyə Təşkilatına yazılı müraciət edən mütəxəssislər bu tədqiqatın gələcəkdə yaddaş problemi yaşayan yaşlı nəsil və eləcə də unutqanlıq problemi ilə üzləşən insanların müalicəsində səmərəli nəticələr verəcəyini vurğulayıb.