Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Artıq çəkili insanların COVID-19-dan ölüm riski daha yüksəkdir - ARAŞDIRMA

  • 2021.03.05 10:05
  • 1440 Baxış
Artıq çəkili insanların COVID-19-dan ölüm riski daha yüksəkdir -  ARAŞDIRMA

Artıq çəkidən əziyyət çəkən insanlar risk qrupuna daxil edilməli və koronavirusa qarşı vaksinasiya prosesində bu amil nəzərə alınmalıdır.

Medicina.az xəbər verir ki, piylənməyə qarşı mübarizə üzrə Beynəlxalq Federasiya belə bəyanatla çıxış edib. Qurum öz təklifini dərc etdiyi hesabatla əsaslandırıb.

Sənədə əsasən, əhalisinin yarıdan çoxu artıq çəkidən əziyyət çəkən ölkələrdə COVID-19 üzrə ölüm əmsalı daha yüksəkdir. Belə ölkələrə misal olaraq, ABŞ, İtaliya və Britaniya göstərilir.

“Hökumətlərin bu problemə daha ciddi yanaşması vacibdir. Rəsmilər piylənməyə qarşı mübarizədə bizim təkliflərimizi qəbul etməli, artıq çəkini diaqnostika və müalicəyə ehtiyacı olan bir xəstəlik kimi tanımalıdırlar. Pandemiya bizim haqlı olduğumuzu sübut etdi”, - deyə Beynəlxalq Federasiyanın departament direktoru Barata Kavalkanti bildirib.

Təşkilatın hesablamalarına əsasən, karantinlə əlaqədar əhalinin fiziki aktivliyinin azalması dünya iqtisadiyyatına 6-7 trilyon dollar dəyərində zərər verəcək.