Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Artıq çəki səbəbi mədəaltı vəz və dalaqdır – Həkim

  • 2024.04.25 16:54
  • 1479 Baxış
Artıq çəki səbəbi mədəaltı vəz və dalaqdır  – Həkim

Artıq çəki, piylənmə əvvəl-axır diabetə səbəb olur.


“Medicina” xəbər verir ki, rusiyalı Çin təbabəti mütəxəssisi Tamara Kestanova mədəaltı vəzin funksiyasından danışıb.


“Artıq çəki, kökəlmənin səbəbi mədəaltı vəz və dalaqdır. Az yeməklə onları qaydaya salmaq olmur.


Çin tabəbətini oxuyanlar bilir ki, mədəaltı vəz dirijordur və insanın ritmini tənzimləyir. Həyat ritmi pozulduqda, onun işi pozulur. Bədəndə nəmişlik artır.


Mədəaltı vəzi qaydaya salmaq üçün ritmi özünüz düzəltməlisiz.
Bunun üçün eyni saatda yatıb qalxmalı, eyni saatda səhər və axşam yeməyi yeməli, iş və istirahəti qaydaya salmalısız.

Bundan sonra çəki də qaydaya düşə bilər”.

Aygün Musayeva