Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Artıq çəki 7 növ xərçəngə səbəb ola bilir – Qastroenteroloq

  • 2024.05.07 19:26
  • 1580 Baxış
Artıq çəki  7 növ xərçəngə səbəb ola bilir  – Qastroenteroloq

Xərçəngin bir neçə növü var ki, onlara yağlı xərçəng deyilr, çünki əsas səbəbi artıq çəkidir.


“Medicina” xəbər verir ki, qastroenteroloq Sergey Vyalov “yağlı xərçəngin” növlərini sadalayıb.


“- Süd vəzi xərçəngi – qadınlarda piylənmə estrogenlərin hasilini və bədəndə toplanmasını artırır ki, bu proses süd vəzi xərçənginin səbəbidir.

- Böyrək xərçəngi – daxili yağlanma bədəndə insulin, kortizol və digər hormonların miqdarını artırır ki, onlar böyrək xərçənginə gətirib çıxarır.

- Uşaqlıq, yumurtalıq xərçəngi – artıq çəkili qadınlarda hiperplaziya çox olur

- Qida borusu və mədə xərçəngi – qida borusunun tonmusu azaldığı üçün.

- Artıq çəki yoğun bağırsaq, öd kisəsi, mədəaltı vəzin də şişlərinə səbəb ola bilər.

Artıq çəki ilə yanaşı bu əlamətlər varsa, şübhələnin:

- Zəiflik, yorğunluq, dincəlmədən sonra da keçmir
- Yesəniz də arıqlama, iştahsızlıq
- Sidik və nəcisdə dəyişiklik

- Qarın və müxtəlif nahiyədə ağrılar
- Nəcisdə, sidikdə qan”


Aygün Musayeva