Artıq çəki beyin qocalmasını sürətləndirir, funksiyalarını zəiflədir.
Medicina.az xəbər verir ki, bu, aparılan araşdırmalardan sonra məlum olub. Bununla yanaşı piylənmə maddələr mübadiləsini pozaraq şəkərli diabetin yaranmasına səbəb olur. Həmçinin orqanizmin digər orqanlarına mənfi təsir edir.
Amerikalı alimlər müəyyən ediblər ki, piylənmənin qarşısını öncədən almaq vacibdir. Əks halda geri dönüşü olmayan mənfi nəticələr baş verər.