Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arteriyaların tutulmasının birinci simptomu - Əzələ qıcolmaları

  • 2023.01.10 14:55
  • 1948 Baxış
Arteriyaların tutulmasının birinci simptomu  -  Əzələ qıcolmaları


Gəzərkən müəyyən qıcolmalar, ayaqlarda ağırlıq, hissiyat arteriyaların xolesterinlə dolduğunu göstərə bilər.

Bakupost.az xəbər verir ki, yüksək xolesterin adətən ciddi simptom vermir. Amma daha çox ayaqlarda bu dəyişikliyi hiss edə bilərsiz.

Xolesterini nəzarətə almadıqda, o rahatlıqla arteriya divarlarını tutub, tıxaclar yaratmağa davam edir.

Damarlarda xolesterindən əlavə, hüceyrə qalıqları, kalsiy, fibrin və piy, yağdan ibarət kokteyl də olur. Arteriyalarınız bu təhlükəli qarışıqla dolan kimi onlar qalınlaşır, kobudlaşır və daralır.

Bu qan dövranını pozur, ayaqlara zərbə dəyir, ilk simptom kimi əzələ qıcolmaları başlayır.

Belə spazmlar bədənin çox hissəsində ola bilər, amma daha çox bud, baldır hissədə hiss olunur.

Spazmda olan əzələ insandan asılı olmadan yığılır və boşalmır, daim gərgin olur. Ayaqlara ağrı, iş görəndə, gəzəndə gələn ağır yorğunluq hissi də arteriyaların tutulduğunu göstərir. Çünki fiziki hərəkət zamanı qan dövranı aktivləşir,
arteriyalar qanı qovur, bu zaman qan ağır dövr edir, arteriyalar əzələ sistemini qanla təchiz edə bilmir.

Bəzi hallarda ətraf sinirlər qanla təchiz olunmadığı üçün orda keyimə, uyuşma da olur.
Belə əlamətlər varsa, xolesterin səviyyəsini yoxladın.

Aygün Musayeva
BakuPost