Beynəlxalq uşaq istirahət düşərgəsi Artekdə 12 məktəblidə koronavirus aşkarlandıqdan sonra 60 uşaq və 17 dəstə rəhbəri təcrid olunub.
Medicina.az xəbər verir ki, Artekdə hazırda 2535 uşaq yerləşir.
Bütün uşaqlar hər gün yoxlanılır və yüngül əlamətlərdə belə dərhal tibbi məntəqəyə göndərilir.
Yoluxanlar xəstəliyi yüngül keçirir və onlar Yaltada xəstəxanaya aparılıb.
Uşaqların valideynlərinin bəzisi narahat olaraq düşrgəyə və xəstəxanaya gəliblər.
Bildirilib ki, iyun ayında Artek qəbula başlayanda 2000 işçi PZR test olunub və heç kimdə virus aşkarlanmayıb.
Sanitar gigiyenik qaydalara da əməl olunur.
Hazırda Artekin daxili təmiz zona hesab edilir.
Artek fəaliyyətini dayandırmır, 5 iyulda növbəti növbə uşaqları 85 regiondan qəbul edəcək.
Hazırda Artekdə Rospotrebnadzorun komissiyası işləyir və 9 düşərgənin hamısını yoxlayır.