Arqiroz insanın dərisi, yumşaq toxuması və gözlərinin içinin bozumtul-göy rəng alması xəstəliyidir. Əvvəllər bu xəstəlik nadir hallarda rast gəlinsə də, hazırda bu sindroma yoluxmuş insanların sayı artmaqdadır.
Medicina.az xəbər verir ki, sindromun 2 əsas səbəbi var:
-Gümüş tərkibli preparatlarla işləmək, müalicə məqsədilə bu tərkibli dərmanları qəbul etmək, gümüş mədənində işləmək
-Genetik faktor.
Gümüş tərkibli preparatlar tibdə, kosmetologiyada istifadə olunur. Uzun müddət gümüşlə təmasda olanda, qəbul edəndə yumşaq toxumaların rəng piqmentasiyası dəyişir. Eroziya, xora, kəskin konyuktivitdə, antiseptik kimi gümüş duzlarından istifadə olunur.
Dərinin hiperpiqmentasiyası olan insanlar çox vaxt heç bir digər xəstəlikdən əziyyət çəkmir, 80 yaşına kimi yaşayırlar. Bekə ki, Kentukki ştatında fransız immiqrantın nəslindən olan bir neçə ailə yaşayır ki, onların dərisi anadangəlmə göy olur.