Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Armudun bitməyən faydaları – İnanmayacaqsız!

  • 2019.10.10 11:27
  • 21916 Baxış
 Armudun bitməyən faydaları –  İnanmayacaqsız!
Armud ən faydalı meyvələrdən biridir. Armudun tərkibində vitaminlər, minerallar, qidali liflər, orqanik turşular və s. faydalı maddələr var.

 


Medicina.Az xəbər verir ki, hələ qədim zamanlardan çinlilər armud meyvəsini – uzunömürlülük simvolu adlandırırdılar, çünki armud ağacı digər meyvə ağaclarından daha uzun ömür sürür. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir.


- Armud arıqlamağa kömək edir. Zəngin lif mənbəyi olan armud uzun müddət tox tutmağı təmin edir. 


- Xərçəngin qarşısını alır. Anti-kanserogen xüsusiyyətləri ilə mümkün xərçəng hüceyrələrinin meydana gəlməsinin qarşısını alır.


- Tərkibindəki  antioksidanlar sayəsində soyuqdəymə, qrip və qrip kimi xəstəliklərə qarşı toxunulmazlığı güclü saxlayır.


- Həzm sisteminə müsbət təsir edir

 


 

- Ürək sağlamlığı üçün faydalıdır və qan artırır. Kaliumla zəngin olduğu üçün ürək sağlamlığı üçün faydalıdır. Digər tərəfdən, bədənin hər tərəfində qan dövranını gücləndirir.


- Sümükləri gücləndirir. Armuddakı minerallar sümükləri möhkəmləndirir.


- Diabetik xəstələr üçün tövsiyə olunur. Ümumiyyətlə  həkimlər  armudu diabet xəstələrinin qida rasionlarına  salmalarını məsləhət görür.


- Yüksək qan təzyiqinin qarşısını alır. Nəfəs darlığı üçün yaxşıdır. Qızdırmanı aşağı salır. 

 



- Armudda fol turşusu (B9 vitamini) çoxdur. Bu vitamin insanın qanyaratma sistemi üçün çox vacibdir. Həmçinin fol turşusu hamiləlik zamanı ən vacib vitamin sayılır. Bu vitamin döldə anadangəlmə qüsurların inkişafının qarşısını alır.


- Armud K vitamini ilə zəngindir. K vitamini damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.


- Armud kişilər üçün çox faydalıdır. Xalq təbabətində armud kompotu və armud çayı prostatit zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə istifadə olunur.

 Armudun bitməyən faydaları –  İnanmayacaqsız!
 Armudun bitməyən faydaları –  İnanmayacaqsız!