Ateroskleroz, yüksək təzyiq, aritmiyası olanlar infarkta 1 addım yaxındır.
“Medicina” xəbər verir ki, terapevt Nadejda Çernışova ürək tutmasını bir və bir neçə xəstəliyin olması artırır. Xəstələr elə bilir ki, infarkt ayrıca xəstəlikdir, birdən baş verir, amma bu belə deyil.
“Risk qrupuna şəkərli diabet, yüksək təzyiq, aritmiya, aterosklerozu olanlar daxildir.
Ürək tutmasını daha çox aritmiyanın növü olan fibrilyasiya tətikləyir, damarlarda həddən artıq xolesterin yığılması da tromb yaratdığı üçün o da əsas səbəbdir.
Diabet xəstələrinin ölümünə səbəb əksər hallarda şəkər yox, ürək infarktı olur.
Ona görə mütəmadi olaraq, kardioloq nəzarətində olmaq lazımdır. Ürəyin işini yaxşılaşdırmaq üçün fiziki aktivlik, zərərli vərdişlərdən imtina, vaxtında dərmanları qəbul etmək lazımdır.
Stress də ürəyi narahat edən məqamdır”.
Aygün Musayeva