Bəzən az yeməyə, idman etməyinizə baxmayaraq, arıqlamaq müşkül işə çevrilir. Uzun müddət arıqlamaq yolunda nəticənin olmamasının səbəbi tapıldı.
“Medicina” xəbər verir ki, endokrinoloq Natalya Terentyevanın sözlərinə görə, burda qanda "stress hormonu" – kortizol günahkardır. Bu hormon azalmayana qədər arıqlamayacaqsız.
“Bu vəziyyətdə xoşagəlməz hal odur ki, menyuda yalnız sağlam və az yağlı qidalar var, pivə və qəhvə əvəzinə qazsız su içirsiniz, amma arıqlamaq əvəzinə kökəlirsiz. Bədəndə hormon balansı pozulursa, nə ciddi pəhriz, nə məşq, nə də masaj kömək etməyəcək.
Bunun başqa bir təsdiqi irəli çıxmış və sallanmış qarındır.
Narahatlıq faktorlarına aşağıdakılar daxil ola bilər:
Şişkinlik. Üzdə şişkinlik olur. yanaqlar şişir, gözlər altında torbalar da görünə bilər;
Qolların və ayaqların incə qalmasına baxmayaraq, qarın böyüyür.
Bədən çəkisinin kəskin artması (ayda 5 kq-dan çox).
Problemin olduğundan əmin olmaq üçün hormonlar üçün qan testi aparmaq lazımdır. Versiya təsdiqlənərsə, nəzərəçarpacaq dərəcədə kilo verməyə kömək edəcək bir müalicə təyin edəcək.
Yeri gəlmişkən, özünüz də vəziyyətin tez bir zamanda həllinə öz töhfənizi verə bilərsiniz, bunun üçün stresi azaldıb, psixoloqa müraciət edin.
Günay Quluzadə