Bəziləri səhər təzə dəmlənmiş qəhvə içərkən, digərləri günə bir stəkan limonlu su ilə günə başlayır.
Son zamanların trendi olan limonlu qəhvə həm səhər rejimini özündə birləşdirir, həm də tez arıqlamağınıza kömək edəcəyini vəd edir. Amma belə bir qarışım təsir edirmi?
“Medicina” xəbər verir ki, həkim – diyetoloq Vasilisa Ponomaryevanın sözlərinə görə, limonlu qəhvənin müsbət təsirləri olmalıdır. Lakin bu tam olaraq, sizə artıq çəkidən azad olmağa kömək etmir.
Mif – 1. Bəzi insanların qəhvəyə limon qatmasının əsas səbəbi arıqlamaqdır. Hər iki məhsul maddələr mübadiləsini stimullaşdırır.
Acı və turş dad iştahkəsici kimi çıxış edir. Amma içki özü dərhal kiloları əritməyəcək. Əgər daimi olaraq arıqlamaq istəyirsinizsə, bütün menyunu uyğunlaşdırmalısınız.
Mif 2. Limonlu qəhvə baş ağrılarına kömək edir.
Qəhvədəki kofeinin qan damarlarını genişləndirdiyi, qan axını stimullaşdırdığı və bununla da baş ağrılarının kök səbəbi ilə mübarizə apardığı sübut edilmişdir. Limonun tərkibindəki C vitamini ağrıları azaldır.
Təəccüblü deyil ki, hər iki komponent bir çox ağrıkəsicinin tərkibində olur.
Mif 3. Limonlu qəhvə dərini daha təmiz edir.
C vitaminidəri baxımının bir hissəsidir. Qəhvədə olan antioksidantların qırışların və yaş ləkələrinin yaranmasının qarşısını aldığı da sübut edilmişdir.
İçkidə bu maddələr o qədər azdır ki, dəriyə hər hansı müsbət təsirini gözləmək lazım deyil.
Aynurə Məmmədova