Türkiyədə müxtəlif tərkibdə, saxta üsullarla hazırlanan həblər, möcüzə dərmanlar çox satılır.
Pasiyent bu həblərdən ataraq, arıqladığını zənn etmiş, amma qaraciyərində baş verən dəyişiklikdən xəbərsiz idi.
Xəbər verdiyimiz kimi, Bakıda keçirilənV Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransında Türkiyənin Malatya Universitetinin bir sıra tanınmış professor və həkimləri də iştirak edirdi.
Onlardan biri dosent köməkçisi, qaraciyər transplantasiyası keçirmiş hamilələri və doğumu izləyən həkim ginekoloq Ebru İnci konfransda maraqlı bir qadın pasiyentin qaraciyər transplantasiyası ətradında cıxış etdi. Belə ki, Türkiyıdə 26 yaşlı qadın arıqlamaq üçün bitki tərkibli arıqladıcı həblər alaraq qəbul etmiş, 3 ayın içində qaraciyərin bütün ferment fəaliyyəti pozulmuş, qadın ölümlə üz-üzə qalmışdır.
Medicina.az-a açıqlama verən həkim qadınları müxtəlif tərkibli, hətta apteklərdə belə satılan bitki tərkibli olduğu iddia edilən arıqladıcı çay, həb, içki və s. –məhsulları almamağa çağırıb.
" Türkiyədə bu tərkibdə, saxta üsullarla hazırlanan həblər, möcüzə dərmanlar çox satılır. Pasiyent bu həblərdən ataraq, arıqladığını zənn etmiş, amma qaraciyərində baş verən dəyişiklikdən xəbərsiz idi.
3 ayın içində qaraciyərin fəaliyyəti tamamilə dayanıb, qadın ciddi təhlükə qarşısında qalmışdı. Onun həyatını xilas etmək üçün bacısından qaraciyər köçürülərək orqan transplantasiyası icra olundu. Daha sonra qadın hamilə qaldı və biz onu izlədik. Sağlam bir uşaq dünyaya gəldi, amma doğuş sonrası qaraciyər yenidən sıradan çıxdı. İkinci dəfə qadına dayısı oğlundan qaraciyər köçürüldü. İndi həm uşağın, həm qadının sağlığı normaldır.
Gördüyünüz kimi bir həb qadnın həyatını hansı mərhələlərə gətirdi.
Bu cür dərmanların qutusunda bitki tərkibli yazılır, müxtəlif otlar, çiçəklər qatılır. Ola bilər. Amma nə o şirkət, nə həkimlər bilmir ki, hansı otun orqanizmə nə kimi zərəri ola bilər. Bəzən o həblərin içinə çöllərdən özbaşına yığılmış yabanı otlar, agac qabıqları, kol-kos belə üyüdülüb doldurulur. Halbuki o bitki orqanizmi zəhərləyə, qaraciyəri toksinləşdirə bilər.
Qadınları belə şübhəli dərmanlardan uzaq durmağa, arıqlamaq naminə həyatlarını riskə atmamağa səsləyirəm. Qaraciyər elə bir orqandır ki, hər zəhərli bitkidən sıradan çıxmaz, güclüdür. İndi təsəvvür edin, o dərmanda hansı tərkib olub ki, qaraciyəri məhv etməyə qadir olub. Həkimlə məsləhətləşmədən heç bir bitki tərkibli dərman, çay qəbul etməyin”.
AYGÜN Musayeva
Medicina.az