Yumurta protein və zülal mənbəyi kimi həm də arıqlamaq istəyənlər üçün günün müəyyən saatlarında qəbul edə biləcəyi qidadır.
“Medicina” xəbər verir ki, həkim İqor Strokov arıqlamaq istəyənlərə maraqlı məsləhət verib.
“Əgər siz arıqlamaq məqsədinizə tez çatmaq istəyirsizsə, yumurta yeyə bilər.ə Çünki yumurtada olan zülal maddələr mübadiləsini aktivləşdirir, əzələ kütləsini formalaşdırır. Amma arıqlamaq üçün yumurtanı səhərlər yemək uyğun deyil.
Arıqlamaq üçün yumurtanı axşamlar xüsusilə yemək lazımdır. O həm asan həzm olacaq, həm də yuxunu yaxşılaşdıracaq.
Orqanizm axşam yeyilən yumurtanı həll etmək üçün çox enerji xərcləyəcək, nəticədə artıq piylərdən yanacaq. Beləliklə, siz yuxuda artıq kilolardan xilas ola biləcəksiz.
Dietada yumurtanı yalnız suda qaynadılmış yeyə bilərsiz. Yumurtanı yağsız omlet edib tərəvəzlərlə birləşdirə bilərsiz.
Yumurta qanda şəkərin qalxıb enməsinin də qarşısını alır. Elə bilməyin, axşam yumurta yesəz, yaxşı yatmayacaqsız, əksinə, yuxunuz dərin olacaq”.
Aygün Musayeva